Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının müvəqqəti olaraq Rusiyanın rəsmən sülməramlı sayılan hərbi kontingentinin nəzarətindəki hissəsində tör-töküntüləri hələ də qalan separatçı-terrorçu rejimin qanunsuz “dövlət naziri” Artak Beqlaryan inzibati cəhətdən Kəlbəcər rayonuna aid olan keşmiş Ağdərə-“Mardakert” rayonunuun bir sıra kəndlərinə “işgüzar” səfər edib.
Hafta.az xəbər verir ki, bu barədə Xankəndindəki erməni nəşrləri məlumat yayıb.
A.Beqlaryan Kəlbəcər rayonunun “Koçoqot” adlandırılmış Yayıcı, “Verin Orataq” adlandırılmış “Yuxarı Orataq”, “Arutyunaqomer” adlandırılmış Qızılqaya və “Vaquas” adlandırılımış Qozlu kəndlərindəki erməni sakinlərlə görüşüb və yerli problemləri müzakirə edib.
Qondarma “nazir” Azərbaycanın işğal altından azad edilmiş digər ərazilərindən, o cümlədən Hadrutdan könüllü olaraq köçmüş ermənilər üçün yeni evlərin tikildiyi Çərəktar kəndində də olub.
Sonuncu dayanacağı Qozlu kəndi olan A.Beqlaryan oradakı çoxuşaqlı Xaçaturyanlar ailəsinin evində gecələyib.