Yazını böyüt
Yazını kiçilt
Azərbaycan torpaqlarında 30 il ərzində qondarılmış separatçı-terrorçu rejimin Azərbaycan ordusunun 44 günlük müzəffər savaşından sonra qalan tör-töküntüləri Tərtər rayonunun işğal altındakı Ağdərə (”Mardakert”) şəhərindən rayonunun Gülyataq(“Vardadzor”) kəndinə gələn yolu asfaltlamağa başlayıb.
Hafta.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində paylaşılıb.
Yolun ümumi uzunluğu 15 km, eni 6 metdir.
Hazırda işlər yolun Ağdərə-Ortakənd(“Nerkin Orataq”) hissəsində aparılır.
Bütün işləri 2021-ci ilin sonunadək bitirmək planlaşdırılır.