Azərbaycanın humanitar yardım karvanına qarşı searatçı rejim nümayəndələri təxribatlara hazırlaşır. Artıq bəzi daşnak üzvləri yardım karvanını Ağdam yolu itlə Xankəndinə buraxmamaq üçün çağırışlar və təhdidlər yağdırırlar.
Qondarma Artsax İnformasiya Qərargahının fotoqrafı David Qaqramanyan öz Facebook səhifəsində yazıb:
“Azərbaycanın Aknu (Ağdam) vasitəsilə göndərdiyi “humanitar” yükün əleyhinə olan və bunun ölüm olduğunu anlayanların hamısı İntibah meydanına gəlsin.
Azərbaycan bu addımı ilə mat etmək istəyir. Hakimiyyətimiz bu “humanitar” yükü qəbul etməsə, Azərbaycan bütün dünyaya bəyan edəcək ki, bizim hakimiyyət bizi aclığa məhkum edir. Və əgər hakimiyyət bu yükü qəbul etsə, bu, Artsaxın itirilməsinin başlanğıcı olacaq».
Qarabağda yaşayan separatçı David Minasyan özünün Feysbuk səhifəsində “Türk çörəyinə əsla ehtiyacımız yoxdur. Əgər “artsax”a girsələr, bu maşınları məhv edəcəyik” paylaşımını edib.
Minasyan eyni zamanda Azərbaycanın humanitar yardımının Xankəndiyə girişini əngəlləmək üçün hamını “oyanmağa” çağırıb.