Separatçılar "səfərbərlik" ELAN ETDİLƏR - SİLAHLANIRLAR

19:08 03.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya hərbçilərinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəki erməni terrorçu qüvvələrinin təxribatları nəticəsində Ordumuzun bir əsgərinin şəhid olması xəbərini vermişdik.

Bunun nəticəsi olaraq Silahlı Qüvvələrimiz tərəfindən aparılan antiterror əməliyyatları nəticəsində qanunsuz silahlı birləşmələr ağır itkilər veriblər.

Hafta.az xəbər verir ki, artıq separatçı rejim təmsilçiləri vəziyyəti daha da gərginləşdirə biləcək addımlar atmağa başlayıb.

Belə ki, qondarma separatçı rejimin rəhbəri Arayik Arutyunyan rus hərbiçilərinin nəzarətində olan ərazilərdə "səfərbərlik" elan olunması ilə bağlı qərar verib.

Qeyd edək ki, bölgədəki rus hərbiçiləri qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi ilə bağlı hüquqi məsuliyyət daşıyırlar. İndi onların nəzarətində olan ərazilərdə "səfərbərlik" adı altında bu terrorçu qrupların sayının artırılmasının müəyyən nəticələr doğuracağı qaçılmazdır. 

Oxunma sayı 3952
Siyasət rubrikasından digər xəbərlər