Yazını böyüt
Yazını kiçilt
Bu gün Xarici İşlər Nazirliyi, BMT-nin Rezident əlaqələndiricisinin ofisi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda akkreditasiya olunmuş səfirliklər və beynəlxalq təşkilatların iştirakı ilə xeyriyyə sərgi-yarmarkası keçirilib.

Hafta.az-ın yazdığına görə, xeyriyyə tədbirindəki Gürcüstan stendində bu ölkənin səfirliyi geniş təmsil olunub. Belə ki, stendə gələn qonaqlara Gürcüstan şirkətlərinin istehsal etdiyi geniş çeşiddə məhsullar, suvenirlər, gürcü milli mətbəxinin nümunələri təqdim olunub.

Tədbirdə həmçinin mədəniyyət proqramı təqdim olunub və diaspor nümayəndələri gürcü mahnıları ifa ediblər.

Tədbirə qatılan geniş ictimaiyyətin nümayəndələri Gürcüstan stendini böyük maraqla izləyiblər. Hətta Azərbaycan XİN başçısı Ceyhun Bayramov şəxsən Gürcüstan stendini ziyarət edib, nümayiş olunan məhsullarla maraqlanıb.
Qeyd edək ki, əldə olunan gəlir humanitar layihələrə xərclənəcək.