Yazını böyüt
Yazını kiçilt
Ermənistan Baş Prokurorluğu Ermənistan Respublikasının eks-prezidenti Serj Sarkisyanın qardaşı - Lev Sarkisyanın, oğlu Narek və qızı Anyanın 9,4 milyon dollar məbləğində pulunu və əmlakını qanunsuz mənşəli hesab edir və müsadirə olunmasını istəyir.
Qurumdan verilən məlumata görə, bu məbləğin 6,8 milyon dollarını kommersiya banklarındakı əmanətlər təşkil edir, 9 daşınmaz əmlak obyekti, 2 daşınar əmlak obyekti və 3 təşkilatda iştirak da qanuni gəlirlə əsaslandırılmır.
Sarkisyanlara qarşı hər üç iddia Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsindədir.