Şərqi Almaniyada siyasi məhbuslara təzminat ödəniləcək

09:30 06.11.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

IKEA-nın Almaniya bölməsi Şərqi Almaniyada “Soyuq müharibə” dövründə mebel istehsalına məcbur edilən siyasi məhbuslara 6 milyon avroluq nümunəvi təzminat ödəyəcək.

Hafta.az-ın yazdığına görə, təzminat keçmiş Şərqi Almaniya diktaturasının qurbanlarına təzminat ödəmək məqsədilə yeni Almaniya hökuməti fonduna ödəniləcək. IKEA-nın ödəyəcəyi təzminat, diktaturadan faydalandığı iddia edilən digər Qərb şirkətlərinə də təzyiq göstərəcək.

IKEA-nın məcburi əməkdən qazandığı gəlirləri aşkar etmək üçün sifariş verdiyi müstəqil araşdırma 2012-ci ildə başlayıb. IKEA bundan sonra iqtisadi çətinliklərlə üzləşən diktatura qurbanlarına dəstək vermək məqsədi daşıyan “Çətinlik Fondu”na töhfə verəcək.

Almaniya Bundestaqının verdiyi rəsmi açıqlamada “Bu qurbanlar arasında Şərqi Almaniya (Almaniya Demokratik Respublikası) həbsxanalarında işləməyə məcbur edilən siyasi məhbuslar da var” deyilir.

2021-ci ildə yaradılan fond Kommunist Təqib Qurbanları Assosiasiyaları İttifaqının (UOKG) ofisi tərəfindən idarə olunur. IKEA-nın fonda töhfəsi könüllülük əsasındadır.

IKEA Almaniya şirkətinin baş direktoru Valter Kadnar IKEA məhsullarının 1949-1990-cı illərdə kommunist diktaturasının hökm sürdüyü Şərqi Almaniyada siyasi məhbuslar tərəfindən istehsal edilməsindən çox təəssüfləndiyini bildirib.