Sərxoş ata 1 yaşlı qızını TAKSİDƏ "GİROV" QOYDU - SƏBƏBİ...

19:56 25.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Bratsk şəhərində 29 yaşlı kişi taksi pulunu ödəyə bilməyib və 1,5 yaşlı qızını sürücüyə “girov” qoyub.

Hafta.az-ın xəbərinə görə, bu barədə 360.tv-yə Konstantin adlı taksi sürücüsü məlumat verib. Sürücünün sözlərinə görə, sərnişin sərxoş olub, uşaqla normal davranıb, amma sonda qız üçün geri qayıtmayıb. O, körpəni Uşaq Şəhər Xəstəxanasına aparmalı olub.

Konstantin təxminən 40 dəqiqə uşağın atasının gəlişini gözləyib, sonra uşaq ağlayarkən taksinin sifariş edildiyi nömrəyə zəng vurmağa çalışıb. Lakin ona vəziyyətdən xəbəri olmayan qız cavab verib. Sürücü uşağı polisə aparıb və hadisə ilə bağlı ifadə verib. O, sərnişinin yoxa çıxdığı vaxt ona 450 rubl borcu olduğunu, gözləmə müddəti və polis idarəsinə qədər olan yolu nəzərə almaqla həmin şəxsin borcunun 1500 rubl təşkil etdiyini bildirib.

Ailə ilə tanış olan mənbə bildirib ki, qız anası ilə (uşağın valideynləri rəsmi nikahda deyil) atasına qonaq gedib. Öncə ana onları tərk edib.

Hadisə yanvarın 16-da baş verib. Valideynlər barəsində “Yetkinlik yaşına çatmayanların saxlanması və tərbiyəsi üzrə öhdəliklərin yerinə yetirilməməsi” maddəsi ilə inzibati protokol tərtib edilib.

Oxunma sayı 544