Yazını böyüt
Yazını kiçilt
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlik Qazaxıstandan Çinə keçib. Qurumun növbəti sammiti gələn il Çində keçiriləcək.
Hafta.az xəbər verir ki, bu barədə Qazaxıstan paytaxtında imzalanan ŞƏT Dövlət Başçıları Şurasının Astana Bəyannaməsində bildirilib.
Qazaxıstan Astana Sammitində ŞƏT-ə birillik sədrlik dövrünü yekunlaşdırıb. Bu müddətdə təşkilat çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 150-dən çox tədbir keçirilib.