Səudiyyə Ərəbistanı ABŞ-a qoyulan investisiyanı bir trilyon dollara çatdıracaq

22:10 18.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkəsinin ABŞ-a yatırdığı investisiyanı 600 milyard dollardan bir trilyon dollara çatdıracağını elan edib.

Hafta.az-ın məlumatına görə, bu barədə o, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı deyib.

Tramp isə ABŞ-a 600 milyard dollardan çox investisiya qoymaqla bağlı qərara görə Səudiyyə Ərəbistanı şahzadəsinə təşəkkür edib. Dövlət başçısı bunun ölkədə yeni iş yeri imkanları yaradacağını əlavə edib.