Səudiyyə Ərəbistanı avqustun 13-14-də İslam konfransına ev sahibliyi edəcək

10:58 10.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İrşad Nazirliyi 13-14 avqust tarixlərində Məkkə şəhərində “Dünyada Dini, Fətva Qurumları və Şeyxləri ilə Ünsiyyət” adlı İslam konfransı keçirəcək.

Hafta.az-ın yazdığına görə, kral Salman bin Əbdüləzizin razılığı ilə keçiriləcək konfransda 85 ölkəni təmsil edən 150 alim və müfti, İslam birliklərinin rəhbərləri və şeyxləri, bir çox beynəlxalq universitetlərdən alimlər iştirak edəcək.

İki gün davam edəcək konfrans çərçivəsində 7 işçi sessiyada mötədillik, radikalizm, terrorizm, tolerantlıq və xalqlar arasında birgəyaşayış mövzuları müzakirə olunacaq.

Sözügedən konfransın məqsədi dünyadakı dini, fətva qurumları və şeyxliklər arasında ünsiyyət və inteqrasiya əlaqələrini gücləndirmək, mötədillik və mötədillik prinsiplərini reallaşdırmaq, xalqlar arasında tolerantlıq və birgəyaşayış dəyərlərini yaymaq, Qurana və Peyğəmbərin sünnətinə, İslama və müsəlmanlara xidmətin zəruriliyini vurğulamaq, müsəlmanlar arasında İslam birliyini təbliğ etmək, radikal fikirlərlə mübarizə aparmaq və cəmiyyətləri ateizmdən qorumaq məqsədi daşıyır.

Siyasət rubrikasından digər xəbərlər