Səudiyyə Ərəbistanı Turizm Nazirliyinin məlumatına görə, 2023-cü il ərzində Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) beş ölkəsindən ümumilikdə 8,6 milyon turist Səudiyyə Ərəbistanına səfər edib və onların ümumi xərcləri 15 milyard rialdan çox olub. Bu turistlər arasında Körfəz ölkələri vətəndaşları və əcnəbilər, həmçinin Körfəz ölkələrindən Səudiyyə Ərəbistanına tranzit keçən xarici turistlər də olub.
Hafta.az-ın yazdığına görə, nazirliyin yaydığı 2023-cü il üçün turizm statistikası üzrə illik hesabatda 3,4 milyon turistlə Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında Bəhreynin birinci, 2,3 milyonu keçən turistlə Küveytin ikinci yerdə olduğu göstərilib. Birləşmiş Ərəb Əmirlikləri 1,4 milyona yaxın turistlə üçüncü olduğu halda, Qətərdən gələn turistlərin sayı təxminən 1,1 milyon, Omandan gələnlər isə 455 min turistlə siyahının sonunda qərarlaşıb.
Ümumiyyətlə, 2023-cü ildə Səudiyyə Ərəbistanına xaricdən gələn turistlərin sayı 27 milyon nəfəri, xərcləri isə 141 milyard rialı ötüb. Ötən il ərzində yerli və xarici turistlərin oplam sayı 109 milyonu ötüb.