Yazını böyüt
Yazını kiçilt
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz hər il mart ayının 11-nin dövlət bayrağının uca tutulması üçün Dövlət Bayrağı Günü kimi qeyd olunmasını nəzərdə tutan Kral Fərmanı imzalayıb.
Hafgta.az-ın aawsat.com-a istinadən yazdığına görə, martın 1-də imzalanan fərmana əsasən, kral Salman 1992 saylı Kral Fərmanı ilə Səudiyyə Ərəbistanının bayraq sistemini nəzərdən keçirdikdən sonra, 1727-ci ildə qurulmuş ilk Səudiyyə dövlətinin tarixini əhatə edən milli bayrağın şərəfinə 11 mart tarixini Dövlət Bayrağı Günü elan edib.
Səudiyyə Ərəbistanının bayrağı İslam dinini, ədaləti, gücü, inkişafı və rifahı təmsil edir. Yaşıl bayraqda tövhid sözü və qılınc simvolu var.