Səudiyyə Ərəbistanında avtobusun qəzaya uğraması nəticəsində 20 nəfər ölüb

11:47 28.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanında minik avtomobili ilə avtobusun toqquşması nəticəsində azı 20 nəfər ölüb, daha 29 nəfər yaralanıb, Al Ekhbariya telekanalı xəbər verir.

Telekanalın məlumatına görə, qəza avtobusun əyləc sisteminin nasazlığı səbəbindən baş verib. Sürücü idarəetməni itirərək avtomobillə toqquşub. Toqquşmadan sonra avtobus aşıb və alovlanıb. Zərərçəkənlərin əksəriyyəti yanıq xəsarətləri alıb, ölənlərin cəsədləri yanıb və ekspertlər tərəfindən tanınması tələb olunur.

Qəza Asir əyalətində baş verib, Al Arabiya aydınlaşdırır.

Oxunma sayı 73