Cənubi Koreyanın Seul şəhərində bayram şənliyində yaşanan izdiham zamanı yaranan kütləvi izdihamda ölənlərin sayı 153 nəfərə çatıb.
Hafta.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
*** 29 oktyabr, 22.30
Cənubi Koreyanın paytaxtı Seulda Hellouin şənliyindəki izdihamda ölənlərin sayı 120-yə yüksəlib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Seulun mərkəzi rayonlarından olan Yonqsanın əsas küçələrindən olan İtavonda baş vermiş hadisə yerində hazırda axtarış işləri aparılır. Xəstəxanalarda təxminən 100 nəfər var.
Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaranıb. Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub. Hadisə barədə məlumat alan Cənubi Koreya Prezidenti Yun Sok Yol təcili ofisinə gəlib və müvafiq qurumların rəhbərləri ilə fövqəladə iclas keçirib.