Yazını böyüt
Yazını kiçilt
Sevastopol qubernatoru Mixail Razvojayev vətəndaşın dəyənəklə pilotsuz uçan aparatı vurduğunu açıqlayıb.
Hafta.az-ın yazdığına görə, valilikdən verilən açıqlamada vətəndaşın əlindəki dəyənəyi pilotsuz təyyarəyə atdığı və bu yolla onu yerə saldığı bildirilir.
RBK qəzeti yazır ki, sözügedən kvadrokopter tipli PUA-nın Sevastopoldan havaya qalxdığı təxmin edilir. Rusiya hakimiyyəti yarımadada dronların uçuşunu yasaqlayıb.
Sevastopol tez-tez Ukrayna hərbçiləri tərəfindən adi və dəniz PUA-larının hücumlarına məruz qalır.