Sexdəki partlayışda ölənlərin sayı 6 oldu

17:51 15.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda sexdəki partlayışda ölənlərin sayı 6 olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.