Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabah yenidən Küveytin baş naziri oldu

11:15 07.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabah yenidən Küveytin baş naziri oldu.

Hafta.az-ın yazdığına görə, Küveytin vəliəhd şahzadəsi Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın yenidən baş nazir təyin edilməsi və yeni kabinet üzvlərinin namizədliyini ona həvalə edən fərman imzalayıb.

Yanvarın 23-də Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın başçılıq etdiyi hökumət onu vəliəhd şahzadəyə təqdim edib. Onun istefası hökumət üzvlərinin vətəndaşların kredit borclarının azaldılması ilə bağlı qanun layihəsini rədd edərək Assambleya iclasından geri çəkilməsindən sonra baş verib.

Yanvarın 26-da Küveyt əmiri Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın və hökumətinin istefasını qəbul edib.

İndiki baş nazir kimdir? 1956-cı ildə Küveytdə doğulan Şeyx Nəvaf əl-Əhməd baş nazirin müavini və daxili işlər naziri vəzifələrində çalışıb. 2014-cü ildə Daxili İşlər Nazirliyindən ayrılaraq Havali qubernatoru vəzifəsinə təyin edilib. 2020-ci ildə Milli Qvardiyanın rəis müavini vəzifəsinə təyin edilən Şeyx Əhməd 2022-ci ilin martında daxili işlər naziri postuna yüksəlib.

Digər tərəfdən Küveyt Milli Məclisinin sədri Əhməd Əbdüləziz əs-Sədun dünən 1968-ci ildən bu yana səbəb və dəlilləri nəzərdən keçirərək, hökumətin olmadığı halda Milli Məclisin iclaslarının təxirə salınması ilə bağlı qərarları dəstıkləyib.

Qeyd edək ki, hökumət iştirak etmədiyi üçün Milli Məclis ilk dəfə 9 yanvar 1968-ci ildə iclasını təxirə salıb.

Mətbuat konfransında verdiyi açıqlamada Sadun Konstitusiyanın 116-cı maddəsinə əsasən, hökumətin iştirakdan imtina edəcəyi təqdirdə səs çoxluğu əldə edilib-edilməsə də, növbəti iclasın keçirilməyəcəyini bildirib və hadisələri izlədiyini vurğulayıb.

Sadun “Hökumət hər hansı səbəbdən üzr istəməzsə, çərşənbə axşamı keçirilməsi planlaşdıırlan iclas 116-cı maddənin mətninə uyğun şəkildə nazirin iştirakı olmadan keçirilməyəcək. Çünki 1973-cü il tarixli 14 saylı qanuna əsasən, bu proseslə bağlı yalnız bir tərəfin, yəni Konstitusiya Məhkəməsinin şərh vermək hüququ var. 1968-ci ilin yanvarında baş verən ilk hadisədən başlayaraq, Milli Məclisin izlədiyi yol təqib edilməkdədir” deyib.