Şikayətlər azdır, çünki seçki normal keçib - MSK Sədri

17:22 10.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Seçki Komissiyasında (MSK) sabah saat 18:00-a qədər daxil olacaq şikayətlər araşdırılacaq.

Hafta.az-ın məlumatına görə, bu barədə qurumun sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, övbədənkənar parlament seçkiləri ilə əlaqədar araşdırılmalı 5 müraciət qalıb: 

"Dairə seçki komissiyasının göz yumduğu məsələlərə biz baxırıq. Bizdən narazı olanlar isə məhkəmələrə müraciət edə bilərlər. Biz iddiaçıların iddialarını təmin etməyin tərəfdarıyıq. Sadəcə Məcəllənin tələbinə uyğun addım ata bilərik".

Məzahir Pənahov əlavə edib ki, şikayətlərin az olmasının səbəbi seçkinin normal keçməsidir. O qeyd edib ki, bu gün ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) müşahidəçiləri ilə ölkəni tərk etdikləri üçün görüş keçirilib: 

"Qeyd etdim ki, biz seçki ilə bağlı sizin konstruktiv fikirlərə diqqətlə yanaşacağıq. Amma ümumi olan fikirlər olub. ATƏT/DTHİB-in seçkilərin keçirilməsini irəli aparan təklifi olsa, biz buna açığıq”.