Şimal qütbündə 300 milyon avroya torpaq satılır

09:05 14.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İqlim dəyişikliyi səbəbindən Şimal Buzlu Okeanında buzlaqlar azaldıqdan sonra Norveçin Svalbard yarımadasındakı torpaq sahəsi 300 milyon avroya satışa çıxarılıb.

Hafta.az-ın yazdığına görə, Arktikada son illərdə baş verən istiləşmə tendensiyası və 2023-cü ilin ən isti yayı Rusiya üçün əlavə dəniz marşrutları və enerji ehtiyatları əldə etmək üçün mühüm fürsət hesab olunur.

“Bloomberg”in məlumatına görə, təxminən Manhetten böyüklüyündə olan ərazinin həm investorlar, həm də Şimal qütbündə təsirlərini artırmaq istəyən ölkələr üçün cəlbedici ola biləcəyi bildirilir.