Siqaretin qiyməti BAHALAŞACAQ

13:47 27.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan parlamenti “Gürcüstanın Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini üçüncü oxunuşda 85 səslə yekdilliklə qəbul edib.

Hafta.az xəbər verir ki, yeni qanun layihəsində siqaretin aksiz vergisinin dərəcəsinin dəyişdirilməsi və yerli siqaret istehsalının təşviqi nəzərdə tutulur.

Qanun layihəsində deyilir ki, 35 milyon qutuya qədər yerli istehsal olan siqaretə 1,3 lari məbləğində sabit aksiz vergisi müəyyən edilib. Həmçinin, idxal olunan siqaretlər üzrə sabit aksiz vergi 1,9 laridən 2,75 lariyə yüksəlib.