Şirvanda avtomobil məktəblini vurub

21:57 19.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvanda yol nəqliyyat hadisəsi baş verib. Məktəbli piyadanı avtomobil vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan hafta.az-a bildirilib ki, yol-nəqliyyat hadisəsi bu gün saat 17 radələrində Şirvan şəhər ərazisində baş verib. Roman Mehdiyev idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman məktəbli Adilə Əliyevanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti stabildir.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.