Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapıldı

10:10 24.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən birinin meyiti tapılıb.

Hafta.az xəbər verir ki, Bakı şəhər sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, iyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında 3 yeniyetmə dənizdə batıb. Dənizdə boğulanlar Zarat kənd sakinləri Manafov Mehdi Elgün oğlu, Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini Əhmədov Nemət Əbdül oğludur.

Hazırda axtarışlar davam etdirilir.