Siz şəhidlərimizin ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərirsiniz - Şəhid ailəsinin üzvü Prezidentə minnətdardır

18:20 10.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Möhtərəm cənab Prezident.

Siz Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərir, onların problemlərinin aradan qaldırılması ilə bağlı tapşırıqlar verirsiniz. Bu diqqət və qayğı xalqımız tərəfindən məmnunluqla qarşılanır.

Şəhid ailələrinin, əlillərin, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması Sizin həyata keçirdiyiniz siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə imzaladığınız fərman və sərəncamlar çox sayda ailəyə böyük sevinc bəxş edib, vətəndaşlarımız tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilib.

Şəhid ailəsi kimi biz də bu diqqət və qayğıdan kənarda qalmamışıq. Şəhid ailələrinə verilən 11 min manat məbləğində birdəfəlik müavinətlə təmin olunmağımız dövlətimizin bizə göstərdiyi davamlı dəstəyin daha bir bariz göstəricisidir.

Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır. Bu münasibətə, apardığınız uğurlu işlərə görə ailəmiz adından Sizə təşəkkürümüzü bildiririk. Allah Sizi qorusun.

Hörmətlə,

Cəfərov Heydər Məhəmməd oğlu, şəhid ailəsinin üzvü, Kəlbəcər rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri”.