Sizin göstərişiniz əsasında güzəştli gübrələrin və subsidiyanın ödənilməsi bizi sevindirir - Cəlilabad sakinləri Prezidentə yazırlar

18:28 09.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyev torpaqları kəndlilərə qaytardıqdan sonra güzəranımız yaxşılaşmağa başladı. Min bir əziyyətlə olsa da, əkin-biçinlə məşğul olaraq ailəmizi dolandırır, gələcəyə daha böyük ümidlə baxırdıq. İndi ölkəmizin imkanları genişləndiyindən və dövlət dəstəyi gücləndirildiyindən torpağa meyillilik də artıb. Əkdiyimiz sahələrə görə Sizin göstərişiniz əsasında güzəştli gübrələrin və subsidiyanın ödənilməsi bizi sevindirir.

Bu il pandemiyanın və karantin rejiminin olması biz kəndliləri narahat edirdi. Bizi narahat edən əsas məsələ əkdiyimiz kartofu xarici bazara çıxarmaq idi. Sizin qayğınız nəticəsində heç bir problemlə üzləşmədik. Çox sağ olun ki, Rusiya-Azərbaycan sərhədlərindən keçən çoxsaylı yük maşınlarının buraxılmasını təmin etdiniz. Bu maşınlar vasitəsilə kartofumuzu xarici bazarlara çıxararaq, itkisiz və heç bir əngəl olmadan məhsulumuzu satdıq, gəlir əldə etdik.

Bütün bunlara görə Sizə minnətdarıq, cənab Prezident. Allah Sizi qorusun.

Hörmətlə,

Cabbarov Allahşükür Yədulla oğlu

Əliyev Rəsul Xaliq oğlu

Qəribov Samir Eynulla oğlu

Məmmədov Kamran Həbulla oğlu

Babayev Qoşqar Mətləb oğlu

Muradov Mürsəl Mövsüm oğlu

Əliyev Arif Əlibala oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Kazımabad kəndi.