Slovakiya parlamenti hökuməti istefaya göndərib

22:51 07.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Slovakiyanın Baş naziri Eduard Heqer mayın 7-də istefa ərizəsini dövlət başçısı Zuzana Çaputovaya təqdim edib.

Hafta.az xəbər verir ki, hökumət başçısı kabinetdəki bir neçə nazirin istefasından sonra yaranmış böhrandan çıxmaq üçün təqdim etdiyi alternativ təkliflərin ölkə prezidenti tərəfindən rədd edildikdən sonra bu addımı atmalı olub.

Müvəqqəti hökumətə Milli Bankın sədri Lüdovit Odor rəhbərlik edəcək.