Rusiyada turist axını olan Soçidə insanlar qiymətlərin çox baha, xidmət keyfiyyətinin aşağı olmasından şikayətlənirlər.
Hafta.az-ın “Moskovskiy komsomolets” qəzetinə istinadən yazdığına görə, orta hesabla çimərliklərdə günəş çarpayılarının gündəlik qiymətinin 1000 rubla (20 manat) çatdığı şəhərdə pullu tualetlərin baha olması səbəbindən turistlərin əksəriyyətinin ehtiyaclarını açıq yerlərdə və dənizdə ödədiyini yazıb.
Çimərliklərdə tualet haqqının 50 rubl (1 manat) olduğunu bildirən turist, “Beləliklə, mən, həyat yoldaşım və qızım bir dəfəlik gediş üçün 150 rubl (3 manat) ödəməliyik. Bunu gündə bir neçə dəfə ödəməliyik. İnsanların çoxu bunu edə bilmir və dənizdən tualet kimi istifadə edir” deyib.
Restoranların da çox baha olduğunu izah edən turist “Restorana getməyə imkanımız yoxdur. Bufetlərdən dönər, hamburger alırdıq. Bir ədəd dönərin və ya hamburgerin qiyməti 800 rubldır (16 manat)” deyə şikayətlənib.