ŞOK: Ata 2 yaşlı oğlunu bıçaqladı

10:10 24.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səbail rayonunda 2 yaşlı uşağın bıçaqlanması ilə bağlı bağlı polisə məlumat daxil olub.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

Noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Faktla əlaqədar CM-nin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

Oxunma sayı 815