Son onilliklərin ən yüksək temperatur göstəricisi

13:54 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanın paytaxtı Bişkekdə iyul ayı üçün yeni temperatur rekordları qeydə alınıb.

Hafta.az Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızhidromet məlumat yayıb. Bildirilib ki, iyulun 17-19-da şəhərdə havanın temperaturu rekord həddə yüksəlib. İyulun 19-da temperatur +43,5 dərəcəyə çataraq 2019-cu ildə qeydə alınmış +40,8 dərəcəlik göstəricini üstələyib.

Qeyd edilib ki, iyulun 18-də və 19-da qeydə alınan temperatur Bişkekdə meteoroloji müşahidələr tarixində iyul ayı üzrə mütləq maksimum göstərici olub.

Mütəxəssislər anomal istiləri güclü antisiklon və Mərkəzi Asiyanın cənubundan gələn isti hava kütlələrinin təsiri ilə əlaqələndirirlər.