Spiker Türkiyəni təbrik etdi

15:16 30.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin sədri Sahibə Qafarova Zəfər Bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib. Azərbaycan parlamentinin spikeri bununla bağlı özünün sosial şəbəkə hesablarında paylaşım edib.

Hafta.az xəbər verir ki, paylaşımda deyilir:

“Qurtuluş savaşında qazandığı zəfər Türkiyənin zəngin dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri kimi qardaş Türkiyə xalqının milli birliyini və mübarizə əzmini nümayiş etdirmişdir”.

Spiker Sahibə Qafarova bayram münasibətilə qardaş Türkiyə xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.