Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu İMZALANIB 

12:20 21.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqlim fəaliyyəti üçün su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb.

Hafta.az xəbər verir ki, niyyət protokolunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev imzalayıblar.

“İqlim, təbiət və insanlar üçün Su Həyat Xəttinin Təbliği” mövzulu tədbirin yüksəksəviyyəli açılışında imzalanan niyyət protokolu təşəbbüsün gələcək fəaliyyətlərinin icrasına dəstəyi nəzərdə tutub.