Şübhəli bilinən 31 nəfər saxlanılıb - DİN

13:28 25.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün ərzində törədilmiş 21 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.