Sudanda silahlı qarşıdurmanın başlamasından 100 gün ötdü

11:20 24.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sudanda adətən “iki generalın müharibəsi” adlandırılan vətəndaş müharibəsi minlərlə insanın ölümü, milyonlarla məcburi köçkün və qaçqınla nəticələnib, ölkənin infrastrukturunun, o cümlədən xəstəxanaların və məktəblərin tamamilə dağılmasına səbəb olub. Sudanı bu ağır bədəli ödəməyə məcbur edən vətəndaş müharibəsi 100-cü gününə qədəm qoydu.

Hafta.az-ın yazdığına görə, hər iki tərəf digəri üzərində saatlar və ya ən çox bir neçə gün davam edəcək sürətli qələbə arzusunda idi. Amma indi onlar “100 gün ölüm və məhv” hekayələri ilə dünyanı dəhşətə salırlar.

Son balans hesabatına görə, Sudan generallarının vətəndaş müharibəsində 1800-ə yaxın adam həlak olub. Beynəlxalq Qızıl Xaç Komitəsi ən azı 180 nəfərin şəxsiyyəti müəyyənləşdirilmədən dəfn olunduğunu bildirsə də, mediada ölənlərin sayının daha çox ola biləcəyi qeyd edilib. Çünki sosial şəbəkələrdə geniş yayılan xəbərlərdə küçə və yollarda hələ də basdırılmamış “çürüyən meyitlər”lə yanaşı, evlərin həyətində, digər yerlərdə basdırılan meyitlərin olduğu iddia edilir.

Münaqişədə hər iki tərəfdən həlak olan əsgərlərin dəqiq sayı məlum olmasa da, sayları xeylidir. Bununla belə, hər iki tərəfdən faktiki ölənlərin sayının öyrənilə biləcəyi etibarlı üçüncü tərəf yoxdur.

“Sarkul Avsat”ın Sudan Həkimlər Birliyindən əldə etdiyi məlumatlara görə, müharibə səbəbiylə səhiyyə xidmətləri demək olar ki, iflic vəziyyətdədir, xəstəxana və sağlamlıq mərkəzlərinin təxminən 80 faizi işləmir.

Səhiyyə sahəsində olduğu kimi, təhsil sistemi də tamam iflic olub. Sudanlı tələbələrin imtahanları qeyri-müəyyən müddətə təxirə salınıb, məktəblər bağlanıb, universitetlər fəaliyyətini dayandırıb, bəziləri geniş yayılmış vandalizmə məruz qalıb, bəziləri hətta qərargahını Sudandan kənara köçürüb, bəziləri isə distant təhsilə üstünlük verib. Ölkədə bank sistemi də tamam çöküb. Sudan Mərkəzi Bankı da daxil olmaqla bütün banklar fəaliyyətini dayandırıb...

Siyasət rubrikasından digər xəbərlər