Qondarma “blokada” nə qədər uzun sürürsə, Rusiya “sülhməramlı”larının “blokada”da qalan Qarabağdakı erməni əhalinin hesabına pul qazanmaq iştahı bir o qədər artır.
Hafta.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazır.
Qəzet Xankəndindəki mənbələrinə istinadla bildirir ki, Qarabağa ərzaq və ya digər mallarla birlikdə hər bir yük avtomobilinin çatdırılması üçün "sülhməramlılar" əvvəlki 1000-2000 dollar əvəzinə, hazırda təxminən 10 min dollar və ya 4 milyon dram alırlar.
Və son vaxtlar onlar separatçı rejim rəhbərliyi ilə müqavilələri də pozurlar. Məsələn, əgər onların 10 yük maşınının daşınması ilə bağlı razılaşmaları varsa, o zaman yalnız həmin maşınlardan 8-i qondarma "hökumət"ə aid edilir, qalan iki maşına gösə isə "sülhməramlı"ların şəxsi biznesi üçün pul alınır...