Sülhməramlılar vəziyyəti qızışdırıcı rolunda oynayırlar - Telman Qasımov

16:51 25.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Rusiya sülhməramlıları Qarabağa gələndə də mən demişdim ki, onları sülhməramlı adlandırmaq düzgün deyil. Yəni biz araşdırarkən görürük ki, Rusiya Sülhməramlıları adı altında hansı ölkədə olublarsa, orada üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyiblər, əksinə, başqa məsələlərə müdaxilə ediblər. Bunu elə Abxaziya, Osetiya, Moldova timsalında da qeyd edə bilərik. Yəni getdikləri yerlərdə ancaq bəd əməllərlə məşğul olublar. Baxmayaraq ki, onlar simvolik kimi sülh göyərçinləridir, amma əməllərinə baxanda görürsən ki, heç də sülh gəyərçinləri deyillər. Çünki sülh göyərçinlərinin məram və məqsədləri sülh gətirməkdir, bəd əməllərdən uzaq olmaqdır. Bunların işləri isə ancaq aranı qatmaqdır. Ona görə də bu sülhməramlılardan da hansısa yaxşı əməli gözləmək biz tərəfdən bir sadəlovhlük olar”.

Bunu hafta.az-a açıqlamasında hərbi ekspert Telman Qasımov deyib. Onun sözlərinə görə, rus sülhməramlıları Qarabağda təmsil olunandan ancaq problemlər yaradırlar, gərginlikləri artırırlar:

“Oradakı ermənilərə gah humanitar yardımlar edirlər, dəstək olurlar. Ay sülhməramlılar, humanitar yardım edirsənsə, azərbaycan qaçqınlarına niyə eləmirsən, onların niyə öz torpaqlarına qayıtmalarına şərait yaratmırsan, o minalanmış ərazilərin təmizlənməsinə dəstək olmursan ki, bu insanlar vaxtında qayıtsınlar öz torpaqlarına, vətənlərinə?

Göründüyü kimi, Rusiyanın bu ikibaşlı oyunu davam edir. Bildiyiniz kimi, bu yaxınlarda Xankəndidə mitinq keçirildi, orda yenə də sülhməramlıların ailə üzvləri mülkü geyimlərdə iştirak elədilər, mitinqə dəstək verdilər. Xankəndidə həmin o hərbçilərin ailələrinə erməni dili kursları açılıb. Bunlar əgər müvəqqəti gəliblərsə bura, nəyə lazımdır bunları eləmək? Yəni bütövlükdə bir çox məsələlər sadalamaq olar”.

 

Atəşkəsin pozulması məsələsinə gəldikdə isə hərbi ekspert bildirdi ki, bunlar xüsusi tapşırıqlarla bunu edirlər. Onun fikrincə, sülhməramlılar özbaşlarına hansısa qərarı verməzlər:

“Çox güman ki, Kremldən gələn göstərişlərdir ki, bu formada çıxış edir, belə bəyanatlar verirlər ki, guya Azərbaycan tərəfi atəşkəsi pozur. Atəşkəsi niyə pozmalıdır ki, Azərbaycan? Azərbaycan o əraziləri işğaldan təmiz edibsə, hazırda orada quruculuq, tikinti işləri gedirsə, niyə vəziyyəti gərginləşdirməliyik? Çox şükür ki, Azərbaycan tərəfindən hələ bu sülhməramlıların mandatı imzalanmayıb və ratifikasiya olunmayıb. Əgər beynəlxalq qanunlarla yanaşsaq, bəlli olur ki, rus sülhməramlıları Azərbaycan ərazisinə qeyri-qanuni gəliblər. Çümki onların Azərbaycan dövləti tərəfindən mandatları təsdiqlənməyib. Üç il qalıb, görək bu üç il müddət nə zaman çatacaq yığışıb çıxıb getsinlər. Çünki bunların Azərbaycanda gəlib məskunlaşmasına ehtiyac yoxdur. Azərbaycanla bağlı əlaqələri yoxdur, yox əgər ermənilərə görə gəliblərsə, dəfələrlə dövlət səviyyəsində də deyilib ki, Qarabağda yaşayan ermənilərin problemləri ilə bağlı Azərbaycan öz vətəndaşı olaraq özü məşğul olacaq. Sülhməramlılar isə vəziyyəti qızışdırıcı rolunda oynayırlar. İmkan vermirlər ki, Azərbaycan Qarabağda qalan erməniləri müəyyən qədər tərbiyələndirsin, əhilləşdirsin, eyni zamanda sərhədlər möhkəmlənsin, sülh müqaviləsi imzalansın. Çalışacaqlar ki, vəziyyəti gərginləşdirsinlər. Çünki regionda vəziyyət nə qədər gərgin olarsa, rusun orda qalma şansı artır".

Oxunma sayı 1422