Sumqayıt sakini beşmərtəbəli binanın damından yıxılıb

10:49 03.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib. Şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının damına çıxan 1986-cı il təvəllüdlü Sərxanov Rauf Məmmədalı oğlu internet şəbəkəsində yaranan problemi aradan qaldırmaq istəyərkən oradan yıxılıb.

Ağır xəsarətlər alan 35 yaşlı kişi ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.