Sumqayıt sakini narkotik vasitənin təsirindən öldü

10:53 06.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda küçədə meyit tapılıb.

Hafta.az-ın məlumatına görə, şəhərin 1-ci mikrorayon ərazisində küçədə kişi meyiti aşkarlanıb.

Aparılan araşdırma nəticəsində meyiti tapılan şəxsin 1-ci mikrorayon sakini 1980-ci il təvəllüdlü Cəfərov Asif  Bünyad oğlu olduğu məlum olub.

Onun narkotik vasitənin təsirindən öldüyü bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib.