Sumqayıt sakinindən odlu silah götürülüb

21:00 29.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səlimbəyli saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az–a bildirilib ki, şəxsi axtarış zamanı ondan "Marqolin" markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.