Yazını böyüt
Yazını kiçilt
Sumqayıtda 37 yaşlı kişi klinikalardan birində ölüb.
Hafta.az xəbər xəbər verir ki, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov klinikada antibiotik iynə vurulduqdan sonra ölüb.
Klinikadan faktı təsdiqləyiblər. Bildirilib ki, xəstəyə antibiotik probu qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E. Hüseynov orada ölüb.
Fakt araşdırılır. APA