Sumqayıtda beşmərtəbəli binada yanğın

09:50 15.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yanğın baş verib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 50 m² olan mənzilin yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Yüksək temperaturdan lambirindən ibarət tavan 7 m² sahədə və 1 ədəd plastik qapı əriyib. Yanğın zamanı tüstülənən mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Oxunma sayı 34