Sumqayıtda binada yanğın

15:04 29.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda yaşayış binasında yanğın baş verib.

Hafta.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisindəki yaşayış binasında qeydə alınıb.

Məlumatla əlaqədar FHN-in yanğından mühafizə bölmələri dərhal çağırış üzrə əraziyə cəlb olunub. yanğının blokun girişində olan elektrik lövhəsində baş verdiyi bildirilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğının mənzillərə keçməsinin qarşısı alınıb.