Sumqayıtda dönərxana yanıb

13:27 26.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində, avtomobil bazarının ərazisində ümumi sahəsi 30 m² olan köşkün (dönərxana, su satışı və s) yanar konstruksiyaları və içərisində 4 ədəd soyuducu yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın zamanı köşkün içərisində olan 6 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 18