Sumqayıtda emalatxana yanıb

16:57 18.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində ümumi sahəsi 30 m² olan məişət cihazlarının təmiri emalatxanasının dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqda yığılan 10 m² sahədə taxta tullantıları yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.