Sumqayıtda iki minik avtomobili toqquşub, 7 nəfər xəsarət alıb

18:14 06.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sahil küçəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 

Qəza zamanı 1987-ci il təvəllüdlü Həsənov Şəhriyar Abdulhüseyn oğlu, həyat yoldaşı 1988-ci il təvəllüdlü Həsənova Ülkər İmran qızı və onların qızları 2013-cü il təvəüllüdlü Həsənova İnci Şəhriyar qızı və  2017-ci il təvəllüdlü Həsənova Ləman Şəhriyar qızı, Əlizadə Rövşən Babək oğlu, Sahilzadə Samir Baba oğlu və Quliyev Seymur Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.