Sumqayıtda yaşlı kişi meyiti tapılıb

19:20 02.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda evdə 85 yaşlı kişi meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Abdullayev Kərəm Mikayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxunma sayı 161