Suraxanıda birmərtəbəli evin dam örtüyü yanıb

22:18 16.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Suraxanı rayonunda həyətyanı sahədə ümumi sahəsi 120 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və taxta üzlüyü 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.