Şüvəlanda dənizdə batan şəxsin kimliyi məlum olub - FHN

21:31 28.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1999-cu il təvəllüdlü Xəlilov Rəşad Habil oğlunun axtarışları başa çatıb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

R.Xəlilovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.