Sven-Yoran Eriksson dünyasını dəyişib

16:51 26.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərə millisinin keçmiş baş məşqçisi Sven-Yoran Eriksson 76 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, Erikssona ötən il mədəaltı vəzi xərçəngi diaqnozu qoyulmuşdu.

O, yanvar ayında ən yaxşı halda bir il ömrünün qaldığını bildirmişdı. Məşhur məşqçi bir neçə gün əvvəl ictimaiyyətlə vidalaşmışdı.

Eriksson İngiltərə yığmasının ilk əcnəbi baş məşqçisi olub. O, 2001-2006-cı illərdə yığmanı 67 oyuna çıxarıb. Komanda onun rəhbərliyi altında iki dəfə dünya, bir dəfə isə Avropa çempionatında iştirak edib.