Sverdlovskda avtobus qəzası - altı nəfər həlak olub

12:50 10.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Sverdlovsk vilayətində baş verən avtobus qəzası nəticəsində altı nəfər həlak olub.

Hafta.az xəbər verir ki, hadisə Lesnoy şəhərinin Qornı qəsəbəsində baş verib. Fəhlələri daşıyan avtobus əyləc sistemində yaranan nasazlıq səbəbindən dayanacağa çırpılıb. Nəticədə 6 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.

Avtobusun “Rosatom” Dövlət Korporasiyasının törəmə müəssisəsi olan “Elektroximpribor” müəssisəsinin əməkdaşlarını daşıdığı bildirilir. Həlak olan və yaralananlar da həmin müəssisənin işçiləridir.

Oxunma sayı 231