Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya səfərdən çəkinmələri ilə bağlı xəbərdarlıq edib. Nazirlik Rusiyaya səyahət etmək istəyənlərdən səfərlərini müvəqqəti təxirə salmalarını istəyib.
Hafta.az-ın yazdığına görə, XİN rəsmiləri ilə Rusiyanın Tacikistandakı səfiri arasında keçirilən görüşdə Tacikistan vətəndaşlarının Rusiyaya buraxmaqdan imtina etmələri ilə bağlı narahatlıq ifadə olunub. Son bir neçə həftə ərzində Tacikistan vətəndaşlarının Rusiya sərhədində qalmaları ilə bağlı xəbərlər yayılandan sonra Xarici İşlər Nazirliyini bu xəbərdarlığı edib.
Tacikistan mediası Orenburq vilayətində Qazaxıstan-Rusiya sərhədində Tacikistan dövlət nömrə nişanlı 180-ə yaxın avtomobilin dayandığını bildirib. Bildirilib ki, Tacikistan vətəndaşlarının sərhədi keçməsinə yalnız sorğu-sualdan və telefon yoxlanışından sonra icazə verilib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sərhədlərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı “nəzarət fəaliyyətinin” aparıldığını açıqlayıb. Bu vəziyyət Tacikistandan olan mühacirlərin Rusiyaya getməsini çətinləşdirib.
Lakin Tacikistan Xarici İşlər Nazirliyi tərəfindən bu xəbərdarlığın arxasında duran dəqiq səbəblərlə bağlı dəqiq izahat verilməyib. Bu vəziyyət Tacikistanla Rusiya arasında münasibətlərin mürəkkəbliyini və diplomatik məsələlərin tez-tez mətbuat qarşısında hökumətlər arasında müzakirə edildiyini nümayiş etdirir.